×
A
A
A
Sazlamalar

İnnovasiyalar Agentliyi startapçıları ABŞ-da keçiriləcək biznes inkubasiya proqramında iştiraka dəvət edir

Bakı, 22 iyul, AZƏRTAC

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnnovasiyalar Agentliyi startapçıları ABŞ-da keçiriləcək biznes inkubasiya proqramında iştiraka dəvət edir.
AZƏRTAC agentliyə istinadla xəbər verir ki, Birləşmiş Ştatlarda 1 ay müddətində keçiriləcək “Global Innovation through Science and Technology” (“GIST”) biznes inkubasiya proqramında iştirak etmək istəyən startap layihələr iştirak qaydaları ilə tanış olub qeydiyyatdan keçə bilərlər. İştirak üçün bu linkdən istifadə edə bilərsiniz - https://www.gistnetwork.org/2019BusinessIncubation.

 

İKT 2019-07-22 18:38:00