×
A
A
A
Sazlamalar

Kosta-Rikada saxta spirtli içkilərdən 19 nəfər həyatını itirib

Bakı, 22 iyul, AZƏRTAC 

Kosta-Rikada tərkibində yüksək dozada metanol spirti olan saxta içkilərdən 19 nəfər həyatını itirib. AZƏRTAC CNN telekanalının saytına istinadla xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, Kosta-Rikada saxta spirtli içkilərin geniş yayılması səbəbindən bu sahədə xüsusi rejim elan olunub. Gizli sexlərdə istehsal olunan alkoqolun yayılması nəticəsində 32-72 yaş arasında on dörd kişi və beş qadın ölüb. Hüquq-mühafizə orqanları tərəfindən müxtəlif markalı 30 min şüşə spirtli içki müsadirə edilib, sexlərin sahibləri həbs olunub. Səhiyyə Nazirliyi əhalini metanol tərkibli spirtli içkilərdən istifadə etməməyə çağırıb. Bildirib ki, bu cür içkilər zəhərlənmə, kəskin başağrısı, ani ürəktutmalarına səbəb olur.
Dünya Səhiyyə Təşkilatı da bu problemlə bağlı həyəcan təbili çalıb. Qeyd olunub ki, ötən il Hindistanda saxta spirtli içkilərdən 154 adamın ölməsi, digər ölkələrdə bu səbəbdən baş vermiş itkilərlə əlaqədar hökumətlər tərəfindən müvafiq tədbirlər görülməlidir.

Dünya 2019-07-22 13:24:00