×
A
A
A
Sazlamalar

Paytaxtın bəzi ərazilərində elektrik enerjisinin verilişində qısamüddətli fasilələr yaranacaq

Bakı, 22 iyul, AZƏRTAC

İyulun 22-də saat 10:00-dan 14:30-dək Bakının Pirşağı qəsəbəsi və Lahıc bağları ərazisində elektrik enerjisinin verilişində qısamüddətli fasilələr yaranacaq.
“Azərişıq” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, fasilə Pirşağı qəsəbəsi və Lahıc bağlarının bəzi ərazilərində elektrik verilişi xətlərində aparılan yenidənqurma işləri ilə əlaqədardır.
ASC yaranan narahatlığa görə istehlakçılardan üzr istəyir.

Energetika 2019-07-22 10:55:00