×
A
A
A
Sazlamalar

ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ankarada səfərdədir

Ankara, 22 iyul, AZƏRTAC

ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Ceffrin Ankarada səfərdədir.
AZƏRTAC xəbər verir ki, Türkiyə hökumətinin dəvəti ilə Ankaraya gələn C.Ceffrin rəsmi şəxslərlə Suriya böhranı, bu problem ətrafında cərəyan edən digər məsələlər, o cümlədən gündəlikdə olan mövzular ətrafında müzakirələr aparacaq.


Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara

Dünya 2019-07-22 02:03:00