×
A
A
A
Sazlamalar

“EYOF Bakı 2019”un birinci günündə medal siyahısına Azərbaycan yığma komandası başçılıq edir

Bakı, 21 iyul, AZƏRTAC 

İyulun 21-də - “EYOF Bakı 2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalının birinci gününün yekununda medal siyahısına Azərbaycan yığma komandası başçılıq edir.
AZƏRTAC xəbər verir ki, komandamız mötəbər idman yarışının birinci günündə dörd medal qazanıb. Medallardan 2-si qızıl, 1-i gümüş, 1-i isə bürüncdür. Yunan-Roma güləşçilərimizdən Murad Sadıqlı (45 kq) qızıl, Nihad Məmmədli (55 kq) bürünc medala sahib olublar. Sərbəst güləşçilərimizdən isə Murad Haqverdiyev (45 kq) qızıl, Əbülfəz Nəsirov (55 kq) gümüş medala layiq görülüblər.
Medal siyahısında ikinci yerdə Belarus, üçüncü pillədə İtaliya millisi qərarlaşıb. Bu yığmaların hər birinin hesabında 1 qızıl medal var. Gürcüstan (2 gümüş), Türkiyə komandası (1 gümüş), Rusiya (4 bürünc) isə 4-5-6-cı yerlərdə qərarlaşıblar. Hesabında 1 bürünc medal olan Latviya və Macarıstan 7-ci və 8-ci yerləri bölüşürlər.
Ümumilikdə yarışın birinci günündə səkkiz ölkənin idmançıları aktivlərinə medal yazdıra biliblər.

İdman 2019-07-21 20:03:00