×
A
A
A
Sazlamalar

Togan Tokac: Avropa Gənclər Yay Olimpiya Festivalında idmançılara hər cür şərait yaradılıb

Bakı, 21 iyul, Şahnaz Abdullayeva, AZƏRTAC 

Azərbaycan “EYOF Bakı 2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalına yüksək səviyyədə ev sahibliyi edir. Burada idmançılara hər cür şərait yaradılıb.
Bu sözləri AZƏRTAC-a müsahibəsində türkiyəli tennisçi Togan Tokac deyib.
Bildirib ki, artıq Bakıda üçüncü dəfədir olur. “Burada özümü ölkəmdəki kimi hiss edirəm. Oyunum gərgin keçsə də qələbə qazandım. Bakı Tennis Akademiyasında kortlar çox yaxşıdır. Ümid edirəm ki, qardaş Azərbaycandan medalla qayıdacağam. Yarışda güclü idmançılar mübarizə aparır. Buna görə də yarışlara çox ciddi hazırlaşmışam”, - deyə türkiyəli idmançı vurğulayıb.

İdman 2019-07-21 13:47:00