×
A
A
A
Sazlamalar

Avropa Gənclər Yay Olimpiya Festivalına güləşçilərimiz qələbə ilə başlayıblar

Bakı, 21 iyul, AZƏRTAC

İyulun 21-də Heydər Əliyev adına İdman Sarayında Avropa Gənclər Olimpiya Festivalı (EYOF) çərçivəsində güləş yarışlarında pəhləvanlarımız mübarizəyə qələbə ilə başlayıblar.
AZƏRTAC xəbər verir ki, A qrupunda rusiyalı güləşçi Eldar Asakayevlə gücünü sınayan təmsilçimiz Murad Haqverdiyev (45 kq) ilk turda qələbə qazanıb.
Qeyd edək ki, yarışların ilk günündə həm sərbəst, həm də yunan-Roma güləşi üzrə 45 və 55 kiloqram çəki dərəcələrində qarşılaşmalar keçirilir. Sərbəst güləş üzrə A qrupunda birinci turda Murad Haqverdiyevlə yanaşı, digər güləşçimiz Əbülfəz Nəsirov (55 kq) səkkizdəbir finalda Harvey Ridinqsla (Böyük Britaniya) mübarizə aparır. Yunan-Roma güləşi üzrə təsnifat mərhələsində təmsilçimiz Fərid Sadıxlı Andrea Martino (İtaliya), səkkizdəbir finalda Nihat Məmmədli Olivye Şkripçakla (Polşa) güləşəcək.

İdman 2019-07-21 10:50:00