×
A
A
A
Sazlamalar

XV Avropa Gənclər Yay Olimpiya Festivalının tennis yarışları start götürüb

Bakı, 21 iyul, Məhərrəm Əlioğlu, AZƏRTAC 

İyulun 21-də Bakı Tennis Akademiyasında “EYOF Bakı 2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalının tennis yarışları start götürüb. Yarışda oğlanlar və qızlar fərdi və qoşa kateqoriyalarda mübarizə aparırlar.
AZƏRTAC xəbər verir ki, festivalın tennis yarışlarında Azərbaycanı Kənan Qasımov, Tamerlan Əzizov, Alina Hüseynova və Polina Drobışeva təmsil edirlər.
“Bakı 2019”da 2004-cü il yanvarın 1-dən 2005-ci il dekabrın 31-dək doğulmuş tennisçilər iştirak edirlər.

İdman 2019-07-21 09:00:00