×
A
A
A
Sazlamalar

Türkiyədə ağır yol-nəqliyyat hadisəsi baş verib

Ankara, 21 iyul, AZƏRTAC

Türkiyənin Konya şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC xəbər verir ki, yeraltı keçiddə iki avtomobilin toqquşması 7 nəfərin ölümünə səbəb olub.
Bildirilir ki, ölənlərdən dördünün şəxsiyyəti müəyyənləşdirilib. Hazırda təhqiqat işləri davam etdirilir.

 

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri
Ankara

Dünya 2019-07-21 08:33:00