×
A
A
A
Sazlamalar

Misirin “Egyptair” aviaşirkəti Londona uçuşların sayını artıracaq

Qahirə, 21 iyul, AZƏRTAC

Böyük Britaniyanın “British Airways” aviaşirkətinin Qahirəyə uçuşların bir həftə müddətinə təxirə salması qərarından sonra Misirin “Egyptair” aviaşirkəti London istiqamətində əlavə reys açmaq haqqında qərar qəbul edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Misirin Mülki Aviasiya Nazirliyinin rəsmi açıqlamasında bildirilib.
Qeyd olunur ki, Mülki Aviasiya Nazirliyi Londona uçacaq “Egyptair” təyyarələrinin tutumunu genişləndirəcək və Böyük Britaniyanın paytaxtına uçuşların həyata keçirilməsi üçün bir neçə “Boeing 787” təyyarəsi ayıracaq.
Xatırladaq ki, “British Airways” aviaşirkəti təhlükəsizlik məqsədilə Qahirəyə uçuşları bir həftə müddətinə təxirə salıb.

 

Asya Hacızadə 

AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə

Dünya 2019-07-21 07:48:00