×
A
A
A
Sazlamalar

Braziliyalı ciu-citsu ustası Roys Qreysi Bakıda seminar keçib

Bakı, 21 iyul, AZƏRTAC
Əfsanəvi braziliyalı döyüşçü, adı UFC-nin Şöhrət zalına daxil edilmiş ciu-citsu ustası Roys Qreysi Bakıya gəlib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Ciu-Citsu Federasiyası və “Qodzilla” qrupunun təşkilatçılığı ilə ölkəmizdə səfərdə olan beşqat UFC çempionu paytaxtın ən müasir idman klublarından olan “Judo Club 2012”də seminar keçib.
“Judo Club 2012”nin idman zalında təşkil olunan seminarda R.Qreysi ciu-citsu döyüş sənətinin nəzəriyyəsindən danışıb və idmançılara müxtəlif döyüş fəndlərinin icrasını göstərib.
Tədbirdə tanınmış idmançılarla yanaşı, ölkəmizin döyüş növləri üzrə federasiyalarının rəhbərləri də iştirak edib.
Qeyd edək ki, braziliyalı ciu-citsu ustası Roys Qreysi idmanın bu növünün dünyada tanınmasında böyük rol oynayıb.

İdman 2019-07-21 08:43:00