×
A
A
A
Sazlamalar

Bursada Türk Dünyası Ata İdman Növləri Şənliyi keçirilir

Bakı, 21 iyul, AZƏRTAC
Türkiyənin Bursa şəhərinin Keles qəsəbəsində dördüncü Türk Dünyası Ata İdman Növləri Şənliyinə başlanılıb.
AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, tədbir türk dünyası mədəniyyətinin dəyərlərini gələcək nəsillərə tanıtmaq və xalqların vəhdətini gücləndirmək məqsədilə təşkil olunub.
Tədbir çərçivəsində qazax, qırğız, uyğur, özbək, türkmən, tatar və noqay kimi qohum icmalarının mədəniyyəti, mətbəxi və geyimləri iştirakçılara tanıdılacaq.
Beynəlxalq əhəmiyyətə malik olan tədbir iki gün davam edəcək.

Mədəniyyət 2019-07-21 01:34:00