×
A
A
A
Sazlamalar

“British Airways” aviaşirkəti Qahirəyə uçuşları dayandırıb

Qahirə, 20 iyul, AZƏRTAC
Böyük Britaniyanın “British Airways” aviaşirkəti təhlükəsizlik məqsədilə Qahirəyə uçuşları bir həftə müddətinə təxirə salıb.
AZƏRTAC BBC-nin ərəb xidmətinə istinadla xəbər verir ki, bu qərar ehtiyat tədbiri xarakteri daşıyır və təhlükəsizlik sahəsində vəziyyətin qiymətləndirilməsi ilə əlaqədardır.
Qeyd edilir ki, Qahirə Hava Limanının rəhbərliyi “British Airways” aviaşirkətinin uçuşları dayandırılması barədə xəbərdarlıq almayıb.
Hazırda məsələ aviaşirkətin Qahirədəki nümayəndəliyinin rəhbəri ilə aydınlaşdırılır.

 

Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə

Dünya 2019-07-20 23:11:00