×
A
A
A
Sazlamalar

FHN: Batma təhlükəsi ilə üzləşən 9 nəfər xilas edilib

Bakı, 20 iyul, AZƏRTAC 

İyulun 20-də dənizdə çimərkən batma təhlükəsi ilə üzləşən 9 nəfər xilas olunub.
Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, xilasetmə əməliyyatları nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən Buzovna, Hövsan, Qızılqum və Mərdəkan sularında xilasetmə məntəqələrinin ərazisində və qeyri-çimərlik (nəzarətsiz) ərazilərində aparılıb.

 

 

Hadisə 2019-07-20 21:48:00