×
A
A
A
Sazlamalar

Ərbildə türkiyəli diplomatı qətlə yetirən terrorçu dəstənin başçısı tutulub

Ankara, 20 iyul, AZƏRTAC

Türkiyənin İraqın Ərbil şəhərindəki Baş Konsulluğunun əməkdaşı Osman Köse və iki iraqlını qətlə yetirən terrorçu qrupun başçısı həbs olunub.
AZƏRTAC xəbər verir ki, bu barədə İraq Kürd Regional Rəhbərliyi məlumat yayıb. Bildirilir ki, iki gün əvvəl həbs olunan Mazlum Dağ adlı şəxs istintaqa cəlb edilib. Sözügedən terrorda iştirak edən digər şəxslərin yaxalanması üçün tədbirlər görülür.
Məlumata görə, M.Dağ Diyarbəkir bölgəsində doğulub və hazırda orada pasport qeydiyyatındadır.

Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara

Dünya 2019-07-20 19:20:00