×
A
A
A
Sazlamalar

Respublika Şahmat Olimpiadası: sumqayıtlı şahmatçılar liderliklərini davam etdirirlər

Bakı, 20 iyul, AZƏRTAC

Qax Olimpiya İdman Kompleksində 16 yaşlı yeniyetmələr arasında Respublika Şahmat Olimpiadasında onuncu turun oyunları keçirilib.
AZƏRTAC xəbər verir ki, on turun nəticəsinə görə, “A” qrupunda Səbinə Rzalı (Sumqayıt) 9 xalla turnir cədvəlinin lideridir. Sonrakı iki yerdə 8,5 xalla Fərhad Fərhadlı (Sumqayıt) və Adil İsrailov (Baku School) qərarlaşıblar.
“B” qrupunda isə 9 xalla Sumqayıtın digər şahmatçısı Yunis Mahmudzadə birincidir. İkinci və üçüncü pillələri 8,5 xalla Tunar Davudov və İsmayıl Süleymanlı bölüşürlər (hər ikisi Respublika Şahmat Məktəbi).
İsveçrə sistemi üzrə keçirilən və 11 turdan ibarət turnirdə 551 şahmatçı yarışır.

İdman 2019-07-20 18:57:00