×
A
A
A
Sazlamalar

Türkiyədə axtarışda olan təhlükəli terrorçu zərərsizləşdirilib

Ankara, 20 iyul, AZƏRTAC

Türkiyə təhlükəsizlik qüvvələrinin iyulun 16-da aviasiyanın dəstəyi ilə Diyarbəkir vilayətinin Kulp rayonunda həyata keçirdikləri antiterror əməliyyatında məhv edilən 4 terrorçunun şəxsiyyəti müəyyən edilib. Onlardan biri Daxili İşlər Nazirliyi tərəfindən axtarışda olub.
AZƏRTAC xəbər verir ki, “Sorhin Eruh” ləqəbli qadın terrorçu Meryem Aksunun axtarışına 600 min lirə (təxminən 110 min ABŞ dolları) vəsait ayrılmışdı. O, Türkiyə dövlətinə qarşı bir sıra ağır cinayətlərdə ittiham olunurdu.

Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara

Dünya 2019-07-20 18:51:00