×
A
A
A
Sazlamalar

Ukraynada parlament seçkilərində təhlükəsizliyi xüsusi təyinatlılar qoruyacaq

Kiyev, 20 iyul, AZƏRTAC

Ukraynada keçiriləcək növbədənkənar parlament seçkilərinin təhlükəsizliyini xüsusi təyinatlılar qoruyacaq.
AZƏRTAC Ukrayna Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, səsvermə günü AH-72 və AH-26 təyyarələri, H225, H145, Mi-8 helikopterləri mühafizə tədbirlərinə cəlb ediləcək. Bundan başqa, Milli Polisin və Milli Qvardiyanın xüsusi təyinatlıları təhlükəsizlik tədbirlərini həyata keçirəcək.
Təkcə Kiyevdə səsvermə prosesinə 6,5 min polis qüvvəsi cəlb ediləcək.
Qeyd edək ki, iyulun 21-də Ukraynada növbədənkənar parlament seçkiləri keçiriləcək.
Mərkəzi Seçki Komissiyası növbədənkənar parlament seçkilərində iştirak etmək üçün 22 partiyadan 2700 namizəd, təkmandatlı seçki dairəsindən isə 3200-dən çox nümayəndə qeydə alıb.

Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev

Dünya 2019-07-20 18:41:00