×
A
A
A
Sazlamalar

Azərbaycan Universitetinin iki tələbəsi təhsilini Almaniyada davam etdirəcək

Bakı, 20 iyul, AZƏRTAC 

Azərbaycan Universitetinin iki tələbəsi 2019/2020-ci tədris ilinin payız semestrində təhsilini Almaniyanın Koblenz Universitetində davam etdirəcək.
Universitetdən AZƏRTAC-a bildirilib ki, tərcümə ixtisası üzrə təhsil alan tələbələr Hüriyə Səlimova və Nurlan Vəlizadə “Erasmus+” mübadilə proqramı çərçivəsində seçim prosesinin bütün mərhələlərini uğurla keçərək bu universitetdən dəvət alıblar. Onlar cari ilin sentyabrında Almaniyaya yola düşəcəklər.
Tələbələr təhsil aldıqları dövrdə tam təqaüdlə təmin olunacaq, həmçinin yol xərcləri ödəniləcək. Onların Koblenz Universitetində əldə etdikləri kreditlər Azərbaycan Universitetinə transfer olunacaq və müvafiq qaydada tanınacaq.
Qeyd edək ki, xaricdə təqaüdlü təhsil imkanları ilə tanış olmaq istəyən Azərbaycan Universitetinin tələbələri beynəlxalq əlaqələr şöbəsinə müraciət edə bilərlər.
Tel: (+99412) 994 12 449 96 45, (+99412) 431 41 12/13/16/17 (130)
E-poçt: [email protected]

 

Elm və təhsil 2019-07-20 18:26:00