×
A
A
A
Sazlamalar

“Mövcud biznesin inkişafı və pul axını” mövzusunda seminar təşkil edilib

Bakı, 20 iyul, AZƏRTAC

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasının (ARPA) birgə təşkilatçılığı ilə “Mövcud biznesin inkişafı və pul axını” mövzusunda seminar keçirilib.
KOBİA-dan AZƏRTAC-a bildirilib ki, seminarda sahibkarlar biznes ideyaların gerçəkləşdirilməsi, marketinq strategiyasının qurulması, gəlir və xərclər planının hazırlanması, pul axınının idarə olunması və mövcud biznesin inkişaf etdirilməsinin digər üsulları barədə məlumatlandırılıb, onları maraqlandıran suallar cavablandırılıb.
Agentlik tərəfindən mikro, kiçik və orta sahibkarlıq subyektləri üçün belə maarifləndirici tədbirlər davam etdiriləcək.

 

İqtisadiyyat 2019-07-20 18:23:00