Türkiyədə FETÖ terror təşkilatı ilə əlaqədə şübhəli bilinən şəxslər saxlanılıb
İstanbul, 20 iyul, AZƏRTAC
Türkiyənin Manisa şəhərində FETÖ terror təşkilatı ilə əlaqədə olmaqda şübhəli bilinən 51 nəfər saxlanılıb.
AZƏRTAC xəbər verir ki, həmin şəxslərin saxlanılması ilə əlaqədar şəhərin 6 rayonunda, 40 ünvanda əməliyyat keçirilib. Əməliyyatlar nəticəsində saxlanılanlardan 10-u həbs edilib, 18 nəfər məhkəmə nəzarətinə alınıb, 23 nəfər isə sərbəst buraxılıb.
Bəzi şübhəlilərin həbsdəki təşkilat üzvləri ilə əlaqələrinin olduğu, onlara maddi dəstək göstərdiyi aşkar edilib. Onların FETÖ-nün kodlaşdırılmış kriptoqrafik xəbərləşmə sistemi olan “Bylock”dan da istifadə etdikləri bildirilir.
Digər şübhəlilərin ələ keçirilməsi istiqamətində işlər davam etdirilir.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
Zaxarova: ABŞ-ın Ukrayna, İsrail və Tayvana yardımı böhranı daha da dərinləşdirəcək
Bayden: Ukraynaya yardım döyüş meydanında təcili ehtiyacların ödənilməsi üçün zəruridir
ABŞ Konqresi Ukraynaya 61 milyard dollarlıq yardıma dair qanun layihəsini qəbul edib
Yaponiyada 2 hərbi helikopterlə əlaqə kəsilib
Zelenski: Ukrayna ABŞ-la təhlükəsizlik zəmanəti üzrə razılaşmaya yaxınlaşır