×
A
A
A
Sazlamalar

Qusarda həmkəndlilərinin qoyunlarını oğurlayan şəxslər saxlanılıb

Qusar, 20 iyul, Elxan Yusifli, AZƏRTAC
Qusarda həmkəndlilərinin qoyunlarını oğurlayan 3 şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Qusar rayonu Gədəzeyxur kənd sakinləri B.Seyidov və İ.Hacəliyev rayon polis şöbəsinə müraciət edərək onlara məxsus 8 baş qoyunun naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığı bildiriblər.
Polis əməkdaşları tərəfindən keçirilən uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisəsini törətməkdə şübhəli bilinən Gədəzeyxur kənd sakinləri, 37 yaşlı Famil Kəlbəliyev, əvvəllər məhkum olunan 55 yaşlı Allahverdi Nəzərov və 45 yaşlı Mahir Nəcəfov saxlanılaraq polis şöbəsinə gətirilib. Dindirilmə zamanı hər üç şəxs törətdikləri oğurluq hadisələrini etiraf ediblər.
Faktlarla əlaqədar araşdırmalar aparılır.

Regionlar 2019-07-20 15:36:00