×
A
A
A
Sazlamalar

Bu gün Beynəlxalq Tort Günüdür

Bakı, 20 iyul, AZƏRTAC
İyulun 20-də Beynəlxalq Tort Günü qeyd edilir. İnsanlar və xalqlar arasında sülhə və dostluğa həsr olunmuş bu bayramın devizi (“I CAKE YOU”) “Mən sənin yanına tortla gələcəm” kimi tərcümə edilə bilər. Şənliklərdə yaşı, milliyyəti və kulinar vərdişlərindən asılı olmayaraq hər kəs iştirak edə bilər.
AZƏRTAC “my-calend” saytına istinadla xəbər verir ki, bu bayramı ilk dəfə dostluq və həyata ümumi baxış əlamətlərinə görə birləşən yaradıcı insanların toplaşdığı “Milananın məhəbbət səltənəti” klubu keçirib. O vaxt Milana Qorenşteyn Qüdsdə “Şirin arzu” adlı ilk musiqili tort hazırlayıb və onun təqdimatını keçirib.
2011-ci ildə Tort Günü artıq beynəlxalq xarakter kəsb edib. İnsanlar hazırladıqları tortların fotoşəkillərini xüsusi sayta yerləşdirirdilər. Məmulatın məcmu qabarit ölçüləri ilk beynəlxalq sülhyaratma tortu adlanıb.
Hər il iyulun 20-də Beynəlxalq Tort Gününün iştirakçısı olan ölkələrin şəhərlərində yerli hakimiyyət orqanlarının dəstəyi ilə əyləncə tədbirləri – musiqili qənnadı tamaşaları, ustad dərsləri, kulinar yarmarkaları keçirilir. Müəllif şedevrləri hərracları, yarışlar və sərgilər keçirilir. İctimai təşkilatlar və xeyriyyəçilər uşaq evlərində və xəstəxanalarda xeyriyyə aksiyaları təşkil edirlər. Təntənəli tədbirlər başa çatandan sonra iştirakçılar bayram saytının əsas səhifəsində fotohesabatlar, videohesabatlar və reportajlar yerləşdiriblər.
Həmin gün insanlar ictimai tədbirlərdə iştirak etməkdən əlavə, özləri tort hazırlayır və bu deserti də götürüb dostlarına qonaq gedirlər.

Bu maraqlıdır 2019-07-20 14:30:00