Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “EYOF Baku 2019”la bağlı gücləndirilmiş iş rejimində çalışır
Bakı, 20 iyul, AZƏRTAC
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi iyulun 21-27-də Bakıda keçiriləcək “EYOF Baku 2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalı ilə əlaqədar gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, oyunların keçiriləcəyi məkanlar keyfiyyətli və fasiləsiz telekommunikasiya, internet, mobil yayım və poçt xidmətləri ilə təmin edilib. Yarışların təşkil olunacağı məkanlara müvafiq EATS-lərdən fiber-optik kabellər çəkilib. İstifadəçilərin tələblərinə uyğun olaraq radiotezliklərin ayrılması və həmin radiotezliklərin maneəsiz işini təmin etmək məqsədilə ilkin radiomonitorinq həyata keçirilib.
Yarışlar zamanı 4 ədəd mobil radiopelenqasiya stansiyası Bakı şəhəri üzrə radiomonitorinq işləri aparacaq.
Ölkəmizə gələcək turistlərin daşınması üçün Təşkilat Komitəsi ilə bağlanan müqavilə əsasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında “Bakı Taksi Xidməti” MMC tərəfindən 120 avtonəqliyyat vasitəsi və 270 sürücü ayrılıb. Hava limanı önünə dislokasiya edilən “London TX-4” taksilərinin sayı artırılaraq yarışı izləmək üçün ölkəmizə gələcək turistlərin otellərə daşınması üçün tam hazır vəziyyətə gətirilib. “Bakı Taksi Xidməti” MMC tərəfindən Əməliyyat Komitəsinin heyətinə dəstək üçün 40 dispetçer ayrılıb.
XV Avropa Gənclər Yay Olimpiya Festivalının keçiriləcəyi müddətdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin üzərinə düşən öhdəliklərin lazımi səviyyədə icra edilməsi nəzarətdə saxlanılacaq.
“Azərkosmos” gələn il fevralda keçiriləcək “Beynəlxalq Kosmik Konvensiya 2024”də iştirak edəcək
Ölkənin informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair Strategiyası təsdiq olunub - SƏRƏNCAM
Azərbaycan “Digitalisation and Channel Awards 2023” mükafatlandırılma mərasimində təmsil olunacaq
“Google” şirkətinin Bakı konfransına 1000-dən çox müraciət qeydə alınıb