×
A
A
A
Sazlamalar

Mərkəzi Bank 150 milyon manat cəlb edir

Bakı, 20 iyul, AZƏRTAC
İyulun 22-də Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracı keçiriləcək.
AZƏRTAC AMB-yə istinadla xəbər verir ki, hibrid hərracda 150 milyon manat məbləğində vəsaitin cəlbi nəzərdə tutulur. Depozit hərracının müddəti 14 gündür. "Bloomberg" ticarət sistemində keçiriləcək hərrac üzrə faiz dərəcələri 6,51-8,49 faiz təşkil edir.

Maliyyə 2019-07-20 11:37:00