×
A
A
A
Sazlamalar

Qax Dövlət Kukla Teatrı mövsümü “Göyçək Fatma” tamaşası ilə bağlayıb

Qax, 20 iyul, Mustafa Dadaşov, AZƏRTAC

Qax Dövlət Kukla Teatrı 47-ci mövsümə “Göyçək Fatma” tamaşası ilə yekun vurub.
Kəmalə Ağayevanın eyniadlı əsəri əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru Əməkdar artist Yusif Abdurahmanov, rəssamı Mayis Abdullayevdir. Tamaşada rolları Afət Yaqubova, Elnarə Razıyeva, Aynurə Məmmədova, Araz Mehrablı, Azər Kərimov, Nuru Paşayev və Orxan Əminov ifa ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bağlanış mərasimində, həmçinin səsvermə yolu ilə 47-ci teatr mövsümünün ən yaxşı rejissoru, rəssamı, aktyoru, aktrisası, texniki işçisi və tamaşası seçilib. “Göyçək Fatma” mövsümün ən yaxşı tamaşası elan edilib. Müxtəlif nominasiyalar üzrə qaliblər diplom və hədiyyələrlə mükafatlandırılıblar.

Regionlar 2019-07-20 10:02:00