×
A
A
A
Sazlamalar

Səudiyyə Ərəbistanı ABŞ-ın hərbi kontingentinin ölkə ərazisində yerləşdirilməsinə hazırdır

Ər-Riyad, 20 iyul, AZƏRTAC

Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud regionda təhlükəsizliyin möhkəmləndirilməsi üçün ölkə ərazisində ABŞ-ın əlavə hərbi kontingentinin yerləşdirilməsinə hazır olduğunu bəyan edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanın SPA agentliyi məlumat yayıb.
Müdafiə Nazirliyinin nümayəndəsi bildirib ki, ABŞ hərbçilərinin Krallıq ərazisində yerləşdirilməsi regionda sülhün və sabitliyin möhkəmləndirilməsinə, Ər-Riyad ilə Vaşinqton arasında bu sahədə əməkdaşlığın gücləndirilməsinə xidmət edir.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Ər-Riyad

Dünya 2019-07-20 08:45:00