×
A
A
A
Sazlamalar

İtaliya Senatı məişət zorakılığı haqqında qanun layihəsi qəbul edib

Roma, 20 iyul, AZƏRTAC
İtaliya Senatı məişət və gender zorakılığı qurbanlarının müdafiəsini gücləndirən qanun layihəsi qəbul edib.
AZƏRTAC İtaliyanın ANSA agentliyinə istinadla xəbər verir ki, son vaxtlar ölkədə qadınlara qarşı fiziki, psixoloji və sosial zorakılıq hallarının sayı kəskin şəkildə artıb. “Femisid” adlanan qanun layihəsi belə hallara qarşı cərimələrin artırılmasını nəzərdə tutur.
Qanun layihəsinin lehinə 197 senator səs verib, 49 senator isə bitərəf qalıb.
İtaliyanın Baş Naziri Cüzeppe Konte bunun mədəni inqilab istiqamətində atılan vacib addım olduğunu söyləyib.

Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma

Dünya 2019-07-20 08:15:00