×
A
A
A
Sazlamalar

Məşhur italiyalı tennisçi Cüzeppe Merlo vəfat edib

Roma, 20 iyul, AZƏRTAC
Soldan ikiəlli zərbə vurmaq texnikasını icad edən italiyalı tennisçi Cüzeppe Merlo 91 yaşında vəfat edib.
AZƏRTAC ANSA agentliyinə istinadla xəbər verir ki, məşhur tennisçi Fransa açıq çempionatında (“Roland Garros”) iki dəfə yarımfinala, İtaliya çempionatında isə iki dəfə finala yüksəlib. O, 1950-ci illərdə İtaliya açıq çempionatının dördqat qalibi olub. C.Merlo həmkarları F.Qardini, O.Sirola və N.Pyetranceli ilə birgə İtaliya tennisinin inkişafında xüsusi xidmətlər göstərib.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma

Dünya 2019-07-20 07:54:00