×
A
A
A
Sazlamalar

Futbol üzrə Əlcəzair millisi Afrika Millətlər Kubokunun qalibi olub

Roma, 20 iyul, AZƏRTAC

İyulun 19-da Misirdə təşkil olunan futbol üzrə Afrika Millətlər Liqasının final oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, həlledici görüşdə Əlcəzair və Seneqal milli komandaları qarşılaşıblar. Görüş Əlcəzair yığmasının minimal hesablı qələbəsi ilə başa çatıb – 1:0.
Matçda yeganə qolu 2-ci dəqiqədə Əlcəzair millisinin hücumçusu Bunecah vurub.
Qeyd edək ki, bu, Afrika Millətlər Kubokunda Əlcəzairin ikinci çempionluğudur.

İdman 2019-07-20 02:00:00