×
A
A
A
Sazlamalar

"Sparkassen Chess-Meeting": Teymur Rəcəbov növbəti heç-heçəyə imza atıb

Bakı, 20 iyul, AZƏRTAC
İyulun 19-da Almaniyanın Dortmund şəhərində dairəvi sistem üzrə təşkil olunan "Sparkassen Chess-Meeting" beynəlxalq şahmat turnirinin beşinci turunun oyunları keçirilib.
AZƏRTAC xəbər verir ki, şahmatçımız Teymur Rəcəbov beşinci turda rusiyalı Yan Nepomnyaşi ilə heç-heçə edib.
Beş turdan sonra şahmatçımızın aktivində 3 xal var.

İdman 2019-07-20 02:33:00