×
A
A
A
Sazlamalar

FHN Şirvandakı kütləvi zəhərlənmə ilə bağlı məlumat yayıb

Bakı, 20 iyul, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyi Şirvanda baş vermiş kütləvi zəhərlənmə ilə bağlı məlumat yayıb.
AZƏRTAC nazirliyin saytına istinadən bildirir ki, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Şirvan şəhərində şadlıq sarayında toy mərasimi zamanı bir neçə nəfərin zəhərlənməsi barədə məlumat daxil olub.
Dərhal əraziyə nazirliyin Muğan Regional Mərkəzinin, Dövlət Yanğından Nəzarət Xidmətinin və Mülki Müdafiə Qoşunlarının Kimya laboratoriyasının mütəxəssisləri və digər aidiyyəti qurumların nümayəndələri cəlb edilib.
Əlavə məlumat veriləcək.

Cəmiyyət 2019-07-20 00:42:00