×
A
A
A
Sazlamalar

Moskvada yuniorlar arasında Bədii gimnastika üzrə dünya birinciliyinin açılış mərasimi keçirilib

Moskva, 19 iyul, AZƏRTAC

İyulun 19-da Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Rusiya Bədii Gimnastika Federasiyasının prezidenti İrina Viner-Usmanovanın şəxsi dəvəti ilə yuniorlar arasında bədii gimnastika üzrə dünya birinciliyinin açılış mərasimində iştirak edib.
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, Rusiyanın İdman və Gənclər Siyasəti Naziri Olqa Qolodets Prezident Vladimir Putinin tədbir iştirakçılarına ünvanlandığı məktubu oxuyub.
Dünyanın 62 yığma komandasının, o cümlədən Azərbaycan gimnastlarının qatıldığı çempionatın açılışında Moskva şəhərinin meri Sergey Sobyanin, Rusiyanın Bədii Gimnastika Federasiyasının prezidenti İrina Viner-Usmanova və Beynəlxalq Olimpiya Komitəsinin Yaponiyadan olan nümayəndəsi Morinari Vatanabe çıxış ediblər.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

İdman 2019-07-19 23:52:00