×
A
A
A
Sazlamalar

Şirvanda kütləvi zəhərlənmə hadisəsi baş verib

Şirvan, 19 iyul, Mahir Babayev, AZƏRTAC
Şirvanda toy məclisində kütləvi zəhərlənmə olub.
AZƏTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə şəhərdəki “Yeganə” şadlıq sarayında baş verib.
Zəhərlənməyə şadlıq evindəki toy mərasimi zamanı pirotexniki vasitənin yandırılması nəticəsində tüstünün yayılması səbəb olub. Nəticədə mərasimdə iştirak edən qonaqlardan 17 nəfər zəhərlənib. Tüstüdən zəhərlənən şəxslərə xəstəxanada tibbi yardım göstərilib və onlar evə buraxılıblar.
Faktla bağlı araşdırma aparılır.

Regionlar 2019-07-19 22:37:00