×
A
A
A
Sazlamalar

Region gənclərinin dövlət qulluğuna maraq və imkanlarının artırılması layihənin icrası davam etdirilir

Bakı, 19 iyul, AZƏRTAC

Аzərbaycan Demokratik Tələbə Gənclər Təşkilatının Gənclər Fondunun maliyyə dəstəyi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin tərəfdaşlığı ilə icra etdiyi “Region gənclərinin dövlət qulluğuna maraq və imkanlarının artırılması” layihəsi çərçivəsində növbəti təlimlər Biləsuvar, Sabirabad və Şəmkir rayonlarında keçirilib.
Təşkilatdan AZƏRTAC-a bildiriblər ki, təlimlərdə belə tədbirlərin region gənclərinin maarifləndirilməsinə, dövlət qulluğuna maraqlarının artırılmasına, gənclərin karyera yüksəlişinə töhfəsini qeyd ediblər.
İnteraktiv metodlarla keçirilən təlimlərdə iştirakçılar arasında məlumatlılıq səviyyəsinin yoxlanılması üçün sınaqlar təşkil olunub. Silsilə tədbirlərdə fərqlənən gənclər Bakıda keçiriləcək “təlimçilər üçün təlim” (TOT) kursunda iştirak hüququ qazanıblar.

Sosial 2019-07-19 22:18:00