×
A
A
A
Sazlamalar

Tanınmış UFC və MMA döyüşçüsü “Judo Club 2012”nin üzvlərinə seminar keçəcək

Bakı, 19 iyul, AZƏRTAC

UFC üzrə beşqat dünya çempionu, ciu-citsu ustası braziliyalı Roys Qreysi “Judo Club 2012”də seminar keçəcək.
Klubdan AZƏRTAC-a bildiriblər ki, dünya şöhrətli idmançı seminarda ciu-citsu döyüş sənətinin sirlərindən danışacaq, müxtəlif döyüş fəndlərini idmançılara izah edəcək.
Seminar iyulun 20-də saat 17:00-da “Judo Club 2012”nin idman zalında təşkil olunacaq.
Tədbirdə tanınmış idmançılarla yanaşı, döyüş növləri üzrə federasiyaların rəhbərləri də iştirak edəcəklər.

İdman 2019-07-19 20:19:00