×
A
A
A
Sazlamalar

Bitki və heyvan mənşəli piylər və yağların idxalı cüzi artıb

Bakı, 19 iyul, AZƏRTAC
Bu ilin 6 ayında ölkəyə 76 min 779 ton bitki və heyvan mənşəli piylər və yağlar idxal olunub.
AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.
Hesabat dövründə idxal edilən bitki və heyvan mənşəli piylər və yağların dəyəri 64 milyon 92 min ABŞ dolları olub.
Xatırladaq ki, ötən ilin yanvar-iyun aylarında ölkəyə 71 milyon 250 min dollarlıq 76 min 102 ton bitki və heyvan mənşəli piylər və yağlar idxal edilmişdi.

İqtisadiyyat 2019-07-19 19:23:00