×
A
A
A
Sazlamalar

BDU-nun Nanoaraşdırmalar Mərkəzində elmi seminar

Bakı, 19 iyul, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Nanoaraşdırmalar Mərkəzində “А2В6 tipli aşağıölçülü heterostrukturların epitaksiya üsulu ilə alınması və onların əsasında yarımkeçirici lazerlərin hazırlanması” mövzusunda elmi seminar keçirilib.
BDU-dan AZƏRTAC-a bildiriblər ki, seminarda Moskva Fizika Mühəndisləri İnstitutunun doktorantı Marat Butayevin mövzu üzrə məruzəsi dinlənilib. Onun
müasir üsullarla yarımkeçirici lazerlərin alınmasına həsr olunan məruzəsi maraq doğurub.
Elmi seminarda iştirak edən BDU-nun rektoru Elçin Babayev gələcəkdə xaricdə təhsil alan və çalışan həmyerlilərimizlə əlaqələrin genişləndirilməsi ilə bağlı fikirlərini bildirib.
Qeyd edək ki, Marat Butayev bakalavr təhsilini BDU-nun fizika fakültəsində, magistr təhsilini isə Moskva Fizika Mühəndisləri İnstitutunda alıb, elmi-tədqiqat işlərini Moskvada davam etdirir.

Elm və təhsil 2019-07-19 19:00:00