×
A
A
A
Sazlamalar

Yanvar-iyun aylarında toxuculuq sənayesində 51,2 faiz artım olub

Bakı, 19 iyul, AZƏRTAC

Bu ilin altı ayında toxuculuq sənayesi, geyim, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı sahələrində 233,3 milyon manat dəyərində məhsul istehsal edilib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, əvvəlki ilin yanvar-iyun ayları ilə müqayisədə toxuculuq sənayesində 51,2 faiz, geyim istehsalında 3,3 faiz, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalında isə 2 faiz artım müşahidə olunub.

Sənaye 2019-07-19 18:52:00