×
A
A
A
Sazlamalar

Həftəsonu ölkə ərazisində hava yağmursuz olacaq

Bakı, 19 iyul, AZƏRTAC

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti istirahət günlərində - iyulun 20-21-də səyahətə çıxanlar üçün hava proqnozunu açıqlayıb.
Departamentdən AZƏRTAC-a verilən xəbərə görə, Böyük və Kiçik Qafqaz bölgəsində yaxın iki gündə hava yağmursuz keçəcək. Qərb küləyi əsəcək. Havanın temperaturu dağətəyi rayonlarda 33-38°, dağlıq rayonlarda 23-28° isti olacaq.
Lənkəran-Astara bölgəsində günəşli hava şəraiti müşahidə ediləcək. Şərq küləyi əsəcək. Havanın maksimal temperaturunun 32-37° isti olacağı proqnozlaşdırılır.
Aran rayonlarında günəşli hava şəraiti müşahidə olunacaq. Qərb küləyi əsəcək. Havanın maksimal temperaturunun 34-39° isti olacağı gözlənilir.
Naxçıvan Muxtar Respublikasında hava yağmursuz olacaq. Qərb küləyi əsəcək. Havanın maksimal temperaturunun 34-39° isti olacağı bildirilir.
Paytaxtda yaxın iki gündə yağmursuz hava şəraiti müşahidə ediləcək. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın maksimal temperaturu 30-35° isti olacaq.

Ekologiya 2019-07-19 18:16:00