×
A
A
A
Sazlamalar

Mərkəzi Elmi Kitabxana fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılmasına dair tədbir keçirib

Bakı, 19 iyul, AZƏRTAC 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə olunmasının təşkili” mövzusunda rəhbər heyətin mülki müdafiə məşqi keçirilib.
MEK-dən AZƏRTAC-a bildirilib ki, tədbir kitabxananın illik mülki müdafiə planına əsasən təşkil edilib. Tədbirdə mülki müdafiənin rəhbəri, MEK-in direktoru Leyla İmanova keçirilən məşqin mahiyyətindən danışıb.
Kitabxananın mülki müdafiə qərargahının rəisi Gülağa Cahangirov ehtimal olunan fövqəladə hadisələr zamanı hərəkət qaydaları, mülki müdafiə siqnalları, zəhərlənmələr, yanğın, zəlzələ, radiasiya təhlükəsindən qorunmanın vasitə və üsulları barədə ətraflı məlumat verib. O, fövqəladə hallar zamanı insanlara ilkin tibbi yardım göstərilməsi və digər zəruri məlumatları da diqqətə çatdırıb.

Elm və təhsil 2019-07-19 18:03:00