×
A
A
A
Sazlamalar

İlin birinci yarısında Gürcüstan Azərbaycandan 27 milyon dollar dəyərində elektrik enerjisi alıb

Tbilisi, 19 iyul, AZƏRTAC

Cari ilin yanvar-iyun aylarında Azərbaycandan Gürcüstana 26 milyon 711,4 min ABŞ dolları dəyərində elektrik enerjisi ixrac olunub.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin ilkin hesabatında məlumat verilir.
Məlumatda bildirilir ki, Gürcüstanın Azərbaycandan idxal etdiyi elektrik enerjisinin dəyəri illik müqayisədə 153,8 min dollar və 0,5 faiz azdır. Ötən ilin eyni dövründə isə Azərbaycandan Gürcüstana 26 milyon 865,2 min dollar dəyərində elektrik enerjisi satılıb.

 

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

İqtisadiyyat 2019-07-19 17:49:00