×
A
A
A
Sazlamalar

Yunanıstanda güclü zəlzələ olub VİDEO

Bakı, 19 iyul, AZƏRTAC

Yunanıstanın paytaxtı Afinada yerli vaxtla saat 14:13-də baş vermiş güclü zəlzələ nəticəsinə əhali arasında təşviş yaranıb, mobil telefon əlaqəsi kəsilib. AZƏRTAC BBC telekanalının saytına istinadla xəbər verir ki, Rixter cədvəli üzrə 5,1 bal şiddətində yeraltı təkanların episentri Afinanın şimal-qərbindən 22 kilometr aralıda olub.
Cəmi 15 saniyə davam edən zəlzələ zamanı afinalılar evlərindən və iş yerlərindən küçələrə axışıb. Ciddi xəsarət alanların və dağıntıların olmadığı bildirilir. Yeraltı təkanlar ən çox Afinanın mərkəzində hiss edilib. Şəhər sakinləri sosial şəbəkələrdə zəlzələ görüntülərini paylaşıblar.

Dünya 2019-07-19 17:45:00

Video