×
A
A
A
Sazlamalar

Çində qaz emalı zavodunda baş verən partlayışda 2 nəfər itkin düşüb

Pekin, 19 iyul, AZƏRTAC
Çinin Xınan vilayətində qaz emalı zavodunda baş verən güclü partlayış nəticəsində iki nəfər itkin düşüb.
AZƏRTAC xəbər verir ki, hadisə Sanmensia şəhərində yerləşən zavodun sexlərinin birində yerli vaxtla 17:45-də (Bakı vaxtı ilə 13:45) baş verib. Hadisə nəticəsində bir neçə nəfər bədən xəsarəti alıb. Onlar xəstəxanalara yerləşdiriliblər. Amma hələlik insan tələfatı və yaralı sayı barədə dəqiq məlumat yoxdur.
Partlayış 3 kilometr radiusda yerləşən binalardakı pəncərələrin şüşələrinin sınmasına səbəb olub.
Hazırda hadisə yerində axtarış işləri aparılır.

Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Dünya 2019-07-19 17:31:00