Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun əməkdaşları Zərdabda barama istehsalı ilə tanış olublar

Bakı, 19 iyul, AZƏRTAC

“Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üzrə Dövlət Proqramı”nın Tədbirlər Planının “Barama istehsalı və emalı sahəsində innovativ layihələrin dəstəklənməsi” tədbiri üzrə icraçı qurum olan İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu tədbirin icrası istiqamətində işləri davam etdirir.
AZƏRTAC instituta istinadla xəbər verir ki, İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun əməkdaşları Zərdab rayonuna ezam olunublar. Onlar Zərdab Rayon İcra Hakimiyyətinin nümayəndələri ilə birlikdə barama təsərrüfatlarında kümçülərlə söhbətlər aparıb, sorğu keçirib, bu sahədə mövcud vəziyyətlə yaxından tanış olublar.
İnstitut əməkdaşları, həmçinin 14 hektar ərazidə 250 min ədəd tut tinginin əkildiyi sahəyə baş çəkiblər.

 

Regionlar 2019-07-19 17:05:00