×
A
A
A
Sazlamalar

AMADA XV Avropa Gənclər Yay Olimpiya Festivalında dopinq nümunələrinin toplanmasını təmin edəcək

Bakı, 19 iyul, AZƏRTAC

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) iyulun 21-27-də Bakıda keçiriləcək XV Avropa Gənclər Yay Olimpiya Festivalında dopinq nümunələrinin toplanmasını təmin edəcək.
AZƏRTAC xəbər verir ki, AMADA idmançıları həm yarışlar zamanı, həm də yarışlardan kənar test edəcək. Nümunələrin toplanması festivalın bütün yarış məkanlarında həyata keçiriləcək. Toplanmış nümunələr Köln şəhərində yerləşən və Ümumdünya Antidopinq Agentliyi (ÜADA) tərəfindən akkreditasiya edilmiş laboratoriyaya göndəriləcək. Festivalda işləmək üçün onlarla dopinq nəzarəti inspektoru, şaperon və könüllülər cəlb edilib.
Festival çərçivəsində AMADA və Avropa Olimpiya Komitəsi bir sıra maarifləndirici tədbirlər keçirəcəklər.
Festivalın açılış mərasimi iyulun 21-də baş tutacaq. Avropanın ən güclü yeniyetmə atletləri bir həftə ərzində 10 idman növündə yarışacaqlar.

İdman 2019-07-19 17:02:00