×
A
A
A
Sazlamalar

Qazaxıstanın Azərbaycandakı səfiri yeni vəzifəyə təyin olunub

Bakı, 19 iyul, AZƏRTAC

Qazaxıstanın Azərbaycandakı sabiq səfiri Beybit İsabayev Qazaxıstan Prezidentinin parlamentdəki nümayəndəliyinin rəhbəri təyin olunub.
AZƏRTAC xəbər verir ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev onun yeni vəzifəyə təyin olunması haqqında Fərman imzalayıb. Beybit İsabayev həmin fərmanla Qazaxıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən azad olunub.
Beybit İsabayev 2015-2019-cu illərdə Azərbaycanda səfir vəzifəsini tutub.

Siyasət 2019-07-19 16:55:00