×
A
A
A
Sazlamalar

Bolqarıstanda donuzlarda qeydə alınan Afrika vəbası xəstəliyinə qarşı təcili tədbirlər görülür

Sofiya, 19 iyul, AZƏRTAC

Bolqarıstanın Kənd Təsərrüfatı naziri Desislava Taneva ölkədə ordu və polisin donuzlarda Afrika vəbası xəstəliyinə qarşı birgə mübarizə apardığını bildirib.
Hazırda ölkə ərazisində xəstəliyin 15 ocağı qeydə alınıb. Yerli ovçu təşkilatları xəstəlik ocaqlarının 20 kilometr yaxınlığında hər çöl donuzunun güllələnməsi üçün 75 avro alacaqlar. Karantin zonasından keçən maşınlar yoxlanılır, vağzallarda və aeroportlarda yoxlamalar aparılır. Tullantı konteynerlərin dezinfeksiyasına diqqət daha da artırılıb.

İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Sofiya

Dünya 2019-07-19 16:38:00