×
A
A
A
Sazlamalar

Angela Merkel: ABŞ ilə İran arasındakı gərginliyi aradan qaldırmaq üçün bütün diplomatik imkanlardan istifadə edilməlidir

Bakı, 19 iyul, AZƏRTAC 

İran ilə ABŞ arasında körfəz bölgəsində yaşanan gərginlikdən narahatlıq duyuram. Gərginliyi aradan qaldırmaq üçün bütün diplomatik imkanlardan istifadə edilməlidir.
AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, bu sözləri Almaniya kansleri Angela Merkel keçirdiyi mətbuat konfransında ABŞ-İran münasibətlərini şərh edərkən deyib.
İranın nüvə razılaşmasına əməl etməsinin məntiqli olacağını deyən A.Merkel bütün məsuliyyətin yalnız İranın üzərinə düşmədiyini də diqqətə çatdırıb.

Dünya 2019-07-19 16:40:00