Gürcüstan Azərbaycandan təbii qaz idxalını artırıb
Tbilisi, 19 iyul, AZƏRTAC
Gürcüstan bu ilin birinci yarısında Azərbaycandan təbii qaz idxalını ötən illə müqayisədə 7 faizdən çox artırıb. Cari ilin yanvar-iyun aylarında qonşu ölkənin Azərbaycandan idxal etdiyi təbii qazın həcmi 985 min 624 kubmetr təşkil edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hazırladığı ilkin hesabatda məlumat verilir. Qeyd edilib ki, Azərbaycandan Gürcüstana ixrac olunan qazın həcmi keçən illə müqayisədə 70 min 613,1 kubmetr və 7,7 faiz çoxdur. Ümumilikdə hesabat dövründə Gürcüstan Azərbaycandan 165 milyon 26,7 min dollar ABŞ dolları həcmində təbii qaz alıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Azərbaycan neftinin qiyməti dəyişməyib
Dünya birjalarında neft ucuzlaşıb
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
Dünya birjalarında neft bahalaşıb
Növbəti həftə 1 şəhər və 3 rayonda “Azəriqaz”ın “Açıq mikrofon” aksiyası keçiriləcək